Bizə məktub yaz İlk səhifə
1 Yay: 12:00 - 24:00

Qış:  12:00 - 21:00
2
3
4
5
6
7
Soyuq hava şəraitində müdiriyyət yuxarıda göstərilən vaxtdan öncə parkı bağlaya bilər.
Telefon: 496 - 48 - 48


Bizimlə əlaqə saxlamaq üçün mail adresimiz: luna-park.az@mail.ru

LUNA-PARK ailəvi mədəni-istirahət və əyləncə mərkəzi

    2000-ci ilin iyun ayının 1-dən fəaliyyətə başlayan "LUNA-PARK" ailəvi mədəni-istirahət və əyləncə mərkəzi, Bakı şəhəri, Xətai rayonunun Nobel prospekti 57/2 ünvanda, Nizami adına mədəniyyətvə istirahət parkının içərisində yerləşir. Azərbaycanda analoqu olmayan və gündən-günə genişlənməklə gözəlləşən, "LUNA-PARK" ailəvi mədəni-istirahət mərkəzi, fəaliyyətə başladığı gündən hazırkı dövrə qədər göstərdiyi xidməti "müştərinin istirahətdən zövq alması" prinsini əsasında təşkil etmiş, həm xarici qonaqların, həm də Bakı şəhərinin istər yaşlı nəslinin, istərsə də uşaq və gənclərin sevimli istirahət guşəsinə çevrilmişdir.
    Mərkəzdə gözəl istirahət guşələri olan, dünya və Avropa standartlarına uyğun quraşdırılmış, İtaliyadan gətirilən və nəinki Respublikamızda bir çox MDB dövlətlərində analoqu olmayan "Amerika təpəciyi", "Mono-Rail", attraksionları "Viking", "Ranger", "Skuter", "Qalaktika", "Avtodrom", "Qu-Quşu", "Səma", "Günəş", "Qatar", "Kastello", "Dəvələrin yarışı" və s. attraksionlar, şən oyun avtomatları, fotostudiya, yüksək səviyyədə hazırlanmış milli yeməklər, sərinləşdirici içkilər, dondurmalar təklif edən yay kafeləri, istirahət və bayram günlərində konsertlər və şou proqramların keçirilməsi, əhalinin asudə vaxtlarından səmərəli istifadə etmələri və istirahətləri üçün nəzərdə tutulmuşdur. Hər il yeni-yeni əyləncə və istirahət guşələri yaratmaqla, bərabər yaşıllıqların salınmasına da xüsusi diqqət yetirilir. Biz əminik ki, siz "LUNA-PARK" ailəvi mədəni-istirahət mərkəzinə bir dəfə gəldikdən sonra, buranı özünüzə və ailənizə ən yaxşı istirahət məkanı seçməyə qərar verəcəksiniz.
2008 © Luna park Company
The site created by: BIG Design Studio