|
LUNA-PARK ailəvi mədəni-istirahət və əyləncə mərkəzi
Mərkəzdə gözəl istirahət guşələri olan, dünya və Avropa standartlarına uyğun quraşdırılmış, İtaliyadan gətirilən və nəinki Respublikamızda bir çox MDB dövlətlərində analoqu olmayan "Amerika təpəciyi", "Mono-Rail", attraksionları "Viking", "Ranger", "Skuter", "Qalaktika", "Avtodrom", "Qu-Quşu", "Səma", "Günəş", "Qatar", "Kastello", "Dəvələrin yarışı" və s. attraksionlar, şən oyun avtomatları, fotostudiya, yüksək səviyyədə hazırlanmış milli yeməklər, sərinləşdirici içkilər, dondurmalar təklif edən yay kafeləri, istirahət və bayram günlərində konsertlər və şou proqramların keçirilməsi, əhalinin asudə vaxtlarından səmərəli istifadə etmələri və istirahətləri üçün nəzərdə tutulmuşdur. Hər il yeni-yeni əyləncə və istirahət guşələri yaratmaqla, bərabər yaşıllıqların salınmasına da xüsusi diqqət yetirilir.
Biz əminik ki, siz "LUNA-PARK" ailəvi mədəni-istirahət mərkəzinə bir dəfə gəldikdən sonra, buranı özünüzə və ailənizə ən yaxşı istirahət məkanı seçməyə qərar verəcəksiniz.
Luna park əyləncəli istirahət mərkəzindən fotolar
|
|
|